İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini hazırda "Sportinq"ə rəhbərlik edən Ruben Amorim çalışdıracaq. Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Amorim 11 noyabr tarixindən etibarən"Mançester Yunayted"in baş məşqçisi kimi işə başlayacaq.
Qeyd edək ki, "Mançester Yunayted" bir neçə gün əvvəl Erik ten Haqla yollarını ayırıb.
saytlarin hazirlanmasi