“Sabah” Misli Premyer Liqasının 13-cü turunun oyununa itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi Coy-Lens Mikelsin xidmətindən istifadə edə bilməyəcək.
Məsələ burasındadır ki, almaniyalı futbolçu cəzalı duruma düşüb. Misli Premyer Liqasının 12-ci turunun “Sumqayıt”la(1:0) görüşünün 62-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılmış Mikels növbəti turdakı “Kəpəz”lə oyunda meydana çıxmayacaq.
Qeyd edək ki, “Sabah” – “Kəpəz” görüşü noyabrın 9-da keçiriləcək və görüşüə 19:30-da start veriləcək.
saytlarin hazirlanmasi