"Sabah"ın sabiq forvardı Emmanuel Apeh yenidən Azərbaycana gələ bilər.
Sportal.az saytına verilən məlumata görə, nigeriyalı hücumçunun xidmətində “Turan Tovuz” və “Araz-Naxçıvan” maraqlıdır.
28 yaşlı futbolçunun özü də ölkəmizə qayıtmağa müsbət yanaşır. “Sabah”ı tərk etdikdən sonra Misirin “Əl-İttihad” klubu ilə anlaşmış nigeriyalı 2026-cı il iyunun 30-na qədər bu komandaya məxsusdur.
Maliyyə məsələlərində razılaşma olarsa, Apehi yenidən Premyer Liqamızda görəcəyik. Emmanuel karyerası ərzində “Lorka”, “Selta”B, “Tenerife”, “Alkorkon” klublarında da oynayıb.