"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının 11-ci turunun "Hamburq"la oyununda (1:1) çıxışını dəyərləndirib.
Sportal.az xəbər verir ki, “Bild”ə açıqlama verən almaniyalı mütəxəssis bunları deyib:
“Mahir o qədər də yaxşı oynamadı. O, topu kifayət qədər yaxşı idarə etmirdi və kifayət qədər çevik deyildi. Hücum duetimiz daha da yaxşılaşa bilər. Tsimas və Emrelinin inkişafı hələ tamamlanmayıb”.
saytlarin hazirlanmasi