İsveç milli komandası Millətlər Liqasının C1 qrupunun 5-ci və 6-cı turlarının Slovakiya (16 noyabr) və Azərbaycan (19 noyabr) komandalarına qarşı keçirəcəkləri oyunlar öncəsi daha bir dəyişiklik edib.
Sportal.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, millinin baş məşqçisi Yon-Dal Tomasson əvvəllər İsveçin gənclərdən ibarət yığmasına (U-21) cəlb olunmuş müdafiəçi Nils Zetterströmü (“Malmö”) milliyə dəvət edib.
Buna səbəb Huqo Larssonun (“Ayntraxt”,Frankfurt) zədəli olması və onun qarşıdakı oyunlarda iştirakının şübhə altına düşməsidir.
Qeyd edək ki, Emil Kraft (“Nyukasl”, İngiltərə) və Erik Smitin (“Sankt- Pauli”, Almaniya) millimizlə görüşlərdə olmayacağı dəqiqləşmişdi.
saytlarin hazirlanmasi