"Bavariya" 20 yaşlı müdafiəçini transfer etmək istəyir

20:26 - 13 Noyabr 2024

"Sportinq"in müdafiəçisi Usman Diomande karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" 20 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Münhenlilər mövsümün sonunda Fil Dişi Sahili milli komandasının üzvü üçün "Sportinq"lə danışıqlara başlayacaq. Portuqaliyalı klubu oyunçusunu 50-60 milyon avroya satmağa hazırdır.

İngiltərə Premyer Liqasından da bir neçə klub afrikalı mərkəz müdafiəçisi ilə maraqlanır.

Qeyd edək ki, "Sportinq" Usman Diomandeni ötən ilin yayında "Midyullan"dan transfer edib. Gənc oyunçu bu mövsüm Lissabon təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti