Krunoslav Renduliçlə yollarını ayıran "Sabah"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisini Vasili Berezutski çalışdıra bilər. Bu barədə "Legalbet.ru" saytı məlumat yayıb.
Bakılılar rusiyalı mütəxəssislə danışıqlar aparır. 42 yaşlı məşqçidə potensial gördükləri üçün klub Berezutskini bu posta təyin etməyə hazırdır.
2024-cü il yanvarın 1-dən Vasili Berezutski "Şanxay Şenxua"da köməkçi kimi çalışır. Mənbənin sözlərinə görə, Çin klubunun baş məşqçisi Leonid Slutski azərbaycanlılarla anlaşacağı təqdirdə Berezutskini buraxmağa hazırdır.
Vasili Berezutskininin noyabrın 25-dən böyük ehtimalla karyerasını Azərbaycan klubunda davam etdirəcəyi bildirilir.
saytlarin hazirlanmasi