"Sabah" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin futbolçusu Ayaz Quliyev matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. Zədədən qayıdan 27 yaşlı yarımmüdafiəçi sevincli olduğunu bildirib:
"Futbol üçün darıxmışdım. Nəhayət ki, meydançaya qayıtdım. İlin sonunda olsa da, buna nail oldum. Çox sevinirəm. Xüsusən uzunmüddətli çətin dövrdən sonra qələbə qazandığımıza görə. Hər şey yaxşıdır".
saytlarin hazirlanmasi