"Qarabağ"ın "Lion"a uduzması "Neftçi" ilə oyuna az da olsa, təsir edə bilər"

14:19 - 1 Dekabr 2024

"Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev Sportal.az saytına açıqlama verib.

O, Ağdam təmsilçisinin bu gün Misli Premyer Liqasının 15-ci turunun "Neftçi"yə qarşı keçiriləcək görüşündən gözləntilərini bölüşüb:

"Neftçi" və "Qarabağ"ın oyunları həmişə maraqlı olub. Bu, əsl Azərbaycan derbisidir. Son illərdə "Qarabağ"ın uğurları, performansı göz önündədir. Mənə elə gəlir ki, bu gün də maraqlı görüşün şahidi olacağıq. "Qarabağ" həmişə üstün tərəf olub. "Neftçi"də isə Samir Abasovun gəlişindən sonra xeyli dərəcədə yaxşılığa doğru dəyişikliklər olub. Həm oyunlarında, həm də kollektivdə bunlar görünür. Bugünkü görüş haqd aisə öncədən heç nə demək olmaz. "Qarabağ"ın "Lion"a uduzması bu oyuna az da olsa, təsir edə bilər. "Qarabağ"ın artıq böyük təcrübəsi var. Bir oyunu unudub, digərinə köklənməyi bacarırlar. Bu gün çox maraqlı oyun olacaq. "Neftçi" və "Qarabağ"a uğurlar arzulayıram. Matçla bağlı proqnoz vermək çətindir. Amma 40/60-a "Qarabağ"ı üstün görürəm".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşünə 19:00-da start veriləcək.

Xəbər xətti