"Fənərbaxça"nın 38 yaşlı forvardı Edin Ceko Türkiyədən ayrıla bilərmiş.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, bosniyalı hücumçunun MLS-ə yollanacağı gözlənilsə də, bu baş tutmayıb.
Belə ki, təcrübəli futbolçu "Los-Anceles"dən sərfəli təklif alıb. Amma o, "Fənərbaxça"da çempion olmaq istədiyi üçün MLS klubunun təklifindən imtina edib və İstanbul təmsilçisinin heyətində qalıb.
Ceko "Fənərbaxça"nın heyətində 22 matça çıxıb, 13 qol vurub və 3 asist edib.
saytlarin hazirlanmasi