"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 15-ci turunun "Kristal Pelas"la səfər oyunu haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis "BBC"yə açıqlamasında komandasının səfər görüşündə 2:2 hesablı bərabərə qalması barədə belə danışıb:
"Biz xarakter göstərməyi və iki dəfə geridönüş etməyi bacardıq. Çox dözməli və iradə göstərərək bəiz keyfiyyətlər üzərində işləməliyik. Amma bu cür nəticələrlə titul uğrunda mübarizə aparmaq haqda düşünmək mümkün deyil. Amma bu durumdan çıxmağa çalışırıq".
Qeyd edək ki, "Mançester Siti" 15 turdan sonra 27 xalla 4-cü pillədədir.