“Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 6-cı turunun “Elfsborq”ə qarşı keçirəcəyi oyun üçün Boras şəhərinə yollanıb.
Sportal.az xəbər verir ki, məşq zamanı zədələnən Bəhlul Mustafazadə komanda ilə İsveçə getməyib.
Müdafiəçi təxminən 1 aya yaxın oynamayacaq.
Xatırladaq ki, Ağdam təmsilçisi bundan əvvəl Aleksey İsayev və Kevin Medina da sıradan çıxmışdı.
“Elfsborq” – “Qarabağ” görüşü dekabrın 12-də “Borås Arena” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi