Futbol üzrə Qətər milli komandasının baş məşqçisi Tintin Markeslə bağlı qərar verilib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssislə yollar ayrılıb. Bu barədə Qətər Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
62 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tintin Markes 2023-cü ilin dekabr ayında Qətər seçməsinin baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında Asiya Kubokunun qalibi olub.
Yığmanın yeni baş məşqçisi də məlumdur. Belə ki, Qətər millisini Markesin köməkçisi Luis Qarsiya çalışdıracaq.
saytlarin hazirlanmasi