"Vest Hem"in futbolçusu Məhəmməd Kudus İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" qanalı vingeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Topçular" Kudus üçün yanvar ayında "Vest Hem"ə təklif göndərəcək. Klubu 24 yaşlı ön xətt oyunçusu üçün 80 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Vest Hem" Məhəmməd Kudusu ötən ilin yayında "Ayaks"dan transfer edib. Qana millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi