UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turunun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq. Bunlar "Bavariya"dan Maykl Olise, "Brest"dən Marko Bizo, "Atletiko"dan Antuan Qrizmann və "Arsenal"dan Bukayo Sakadır.
Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.
saytlarin hazirlanmasi