Azərbaycan milli komandasının hücumçusu Mahir Emreliyə “Nürnberq”dən yeni təklif gəlməsi haqda xəbər vermişdik.
Belə ki, “Nürnberq” Emreliyə yeni 1 illik müqavilə təklif edib. Amma millimizin üzvü kluba konkret cavab verməyib. Buna səbəb isə Mahirin bir neçə klubdan təklif almasıdır.
Sportal.az saytına verilən məlumata görə, Emreli Miroslav Kloze ilə münasibətinin yaxşı olmasından və “Nürnberq”ə adaptasiya olmasına görə hazırkı komandasında qalmağa müsbət yanaşır. Amma təbii ki, bu mövsüm qazandığından daha yüksək maaş almaq istəyir.
Əslində, yayda “Nürnberq”lə müqavilə imzalayanda Emreli klubla bu məsələdə razılıq əldə etmişdi. Amma Emrelinin şərtlərindən biri də o idi ki, "Nürnberq" Almaniya 1-ci liqasına yüksəlməzsə, komandadan ayrılmaq haqqına sahib olacaq. Lakin Miroslav Kloze də Mahirlə uzun müddət çalışmaq haqda düşünür. Mahiri istəyən digər klub da Almaniya ikinci Bundesliqasında iştirak edir. "Hannover" millimizin forvardını yayda heyətinə cəlb etmək niyyətindədir.
saytlarin hazirlanmasi