"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"ı məğlub etsək, səkkizliyə düşəcəyimizə inanıram"

15:22 - 28 Yanvar 2025

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Xose Luis Mendilibar Superliqanın 20-ci turunun "Panatinaikos"la oyunda heç-heçəni (1:1) şərh edərkən Avropa Liqasının qarşıdan gələn görüşü ilə bağlı növbəti dəfə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan ispaniyalı mütəxəssis yanvarın 30-da “Qarabağ”a qarşı keçiriləcək matç haqda bunları deyib:

"Avropa Liqasının əsas mərhələsində ilk 8-liyə düşməyə ümid edirik? Nəzarət edə biləcəyimiz və düşünə biləcəyimiz yeganə şey öz oyunumuzdur. Məhz buna hazırlaşmalıyıq. “Qarabağ”a qalib gəlsək, pley-off matçlarından qurtula bilərik".

Xəbər xətti