“Neftçi” tezliklə yeni legionerlə gücləndirilə bilər.
Sportal.az "4-4-2.com" saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi İsveçrənin "İverdon" klubunun yarımmüdafiəçisi Boris Sespedesunu heyətinə qatmağı planlaşdırır.
"Neftçi" artıq Superliqa klubuna rəsmi təklif göndərərək, boliviyalıya hazırkı klubunda qazandığı 250-300 min İsveçrə frankından (təxminən 470-560 min manat) xeyli yüksək maaş təklif edib.
Sespedesu müdafiə və mərkəz yarımmüdafiəçisi kimi çıxış etməsinə baxmayaraq, Super Liqada bu mövsüm komandanın bombardiridir (5 qol). Onun hazırkı komandası ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Boliviya millisinin yarımmüdafiəçisi “Servette”də də oynayıb.
saytlarin hazirlanmasi