"Mançester Siti"nin futbolçusu "Bayer"ə keçə bilər

19:34 - 27 Yanvar 2025

"Mançester Siti"nin futbolçusu Ceyms makati karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bayer" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Almaniya klubu Makatinin keçidi ilə bağlı "Mançester Siti" ilə danışıqlara başlayıb. Leverkuzenlilər Premyer Liqa nəhənginə 21 milyon funt-sterlinqlik satınalma bəndi ilə 22 yaşlı ön xətt oyunçusunu icarəyə götürməyi təklifi edib.

Qeyd edək ki, Ceyms Makati "Mançester Siti"nin yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 14 rəsmi matçda 5 qol vurub.

Xəbər xətti