"Qarabağ"dan ayrılaraq “Flamenqo”ya transfer olan Olavio Juninyo yeni klubunda debüt edib.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu “Karioka - Quanabara Kuboku” çərçivəsində "Volta Redonda"ya qarşı görüşdə meydanda olub.
Braziiyalı hücumçu 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana çıxıb.
Juninyo rəqibdən topu oğurladığı, qapıçı ilə üzbəüz qaldığı epizodda fərqlənə bilməyib. Bununla belə, matç “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi