Azərbaycanda legioner həyatı yaşamış rumınlardan biri də Adrian Pitdir. Karyerasına görə ölkəmizdə oynamış rumınlar arasında ən yaxşılardan sayılan sabiq “Xəzər Lənkəran”lı “Roma”nın da futbolçusu olub. O, Sportal.az saytına müsahibəsində Avropa Liqasının 7-ci turunun “Qarabağ” – FKSB oyunu haqda danışıb.
- "Qarabağ" öz meydanında FKSB-yə 2:3 uduzdu. FKSB-nin qalib gələcəyini gözləyirdin?
- Bəli, oyuna televizor vasitəsilə canlı baxdım. Açıq deyəcəm, “Qarabağ” daha yaxşı oynadı. Qol epizodları da var idi. Amma bu vacib məsələ deyil. Əsas odur ki, “Qarabağ” meydanda asan səhvlərə yol verdi. O da sonda nəticənin bu cür olmasına gətirib çıxardı.
- FKSB-nin çalışdırıcısı Elias Xaralambus oyundan sonra keçirilmiş mətbuat konfransında bəxtlərinin gətirdiyini bildirdi. Sən də, belə düşünürsən?
- Bəli, Xaralambusun fikri ilə tam razıyam. Təbii ki, FKSB-nin bəxti gətirdi. Təsəvvür edin, onlar üç künc zərbəsi yerinə yetirdilər və 3 qol vurdular. Doğrudur, 4-cü də son saniyələrdə oldu. İstənilən halda, FKSB bütün qollarını künc zərbəsindən sonra vurdu.
- “Qarabağ” oyun ərzində dominant tərəf idi. Onların qalib gələ bilməməsi yalnız xırda səhvlərlə bağlı idi?
- Doğrudur. FKSB çox asan qollar vurdular. Amma bir oyunu yaxşı keçirmək istəyən komanda üçün hər şeyi etdilər. Topa daha çox sahib olan “Qarabağ” idi. Bu cür üstünlük ola-ola uduzmaq, üzücüdür. Bilirəm və başa düşürəm. Amma nə etmək olar?
- Klubun sahibi Cici Bekali yəqin ki, istəyinə nail oldu? Çünki oyundan əvvəl “Qarabağ”ı məğlub edəcəklərin iddia edirdi…
- Təkcə “Qarabağ”la bağlı deyil, bütün rəqiblərlə matçda belə danışır. Bu mənada, bizim üçün yenilik deyil.
- “Qarabağ” haqqında ümumi fikrin necədir? O vaxtkı komanda ilə indiki arasında böyük fərq var?
- Elədir. “Qarabağ” indi daha yaxşı futbol oynayırlar. Cərimə zərbələri və künc zərbələri zamanı yaşadıqları problemləri həll etsələr, Avropada daha yaxşı komanda ola bilərlər. Çünki topa sahib olmaqda superdirlər. Qol epizodları çoxlu saydadır.
Mirbağırağa