Bir sıra mühüm qərarların qəbul olunacağı AFFA İcraiyyə Komitəsinin yanvar iclası hələ baş tutmasa da, fevralda keçiriləcək növbəti iclasın əsas müzakirə mövzuları bəllidir.
Sportal.az saytına verilən məlumata görə, növbəti iclasın fevralın ortalarında keçirilməsi nəzərdə tutulub və bu iclasda digər məsələlərlə yanaşı, Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının yeni baş məşqçiləri də təsdiqlənəcək.
AFFA rəhbərliyi əcnəbilərə arxalanmayacaq və yerli təcrübəni tətbiq edəcək.
Belə ki, U-17 və U-19, həmçinin U-21 yığmamıza yerli baş məşqçi təyin ediləcək.
saytlarin hazirlanmasi