“Olimpiakos”un çalışdırıcısı “Qarabağ”la oyun haqda nə dedi?

13:21 - 25 Yanvar 2025

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda “Porto” üzərində qələbədən (1:0) sonra qarşıdakı, final oyununa da toxunub. 

Sportal.az xəbər verir ki, “Novasports”a danışan təcrübəli mütəxəssis “Qarabağ”la görüşdəki şanslarını dəyərləndirib: 

"Qarabağ"la görüşü nəzərə alsaq, “Panatinaikos”la oyunda rotasiyalar olacaqmı? Həqiqətən problemlisiniz (gülür). Hələlik “Porto”dan danışırıq, sonra yeri gələndə növbəti rəqibimiz “Qarabağ”dan danışacağıq. Qarşıda digər oyunlar da var. Avrokubok kuboklarını qazanmağa davam etmək barədə heç nə deyə bilmərəm. (“Olimpiakos” Konfrans Liqasının hazırkı qalibidir). İndi biz “Panatinaikos”u məğlub etməyi düşünür və xəyal edirik".

"Olimpiakos" - "Qarabağ" matçı yanvarın 31-də Pireydə keçiriləcək və görüşə 00:00-da start veriləcək. 
 

Xəbər xətti