Qazaxıstan millisinin sabiq üzvü "Sabah"ın yeni transferi barədə: "Özünü başqa liqada sınamaq qərar verib"

14:22 - 26 Yanvar 2025

Qazaxıstanlı futbol eksperti, bu ölkənin milli komandasında oynamış Pavel Yevteyev Stas Pokatilovun "Sabah"a keçidi ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “sports.kz” portalına danışan qazax veteran futbolçu Qazaxıstan millisinin üzvünün Azərbaycandakı karyerasının uğurlu alınacağına inandığını bildirib: 

"Düşünürəm ki, Stas indi qarşısına ən yüksək məqsəd və vəzifələr qoyan istənilən Qazaxıstan komandasına asanlıqla qoşula bilərdi. “Sabah”a keçid onun şəxsi qərarıdır. Görünür, futbolçu özünü Avropa arenasında, başqa liqada sınamaq qərarı verib. Ona uğurlar arzulayıram! “Sabah” pis komanda deyildi, “Qarabağ”ın avrokuboklarda necə yaxşı göründüyünü də bilirik. Ümid edirəm ki, Stas uğur qazanacaq".

Qazaxıstan millisinin sabiq yarımmüdafiəçisi Yevgeni Averçenko da bu keçidlə bağlı danışıb:

"Azərbaycan futbolu ilə o qədər də yaxından tanış deyiləm. "Qarabağ"ı avrokuboklardan bilirəm, "Neftçi"ni də təbii ki, tanıyıram. Azərbaycan çempionatını QPL ilə müqayisə etmək olar, bu, oxşar liqalardır. Düşünürəm ki, Stas sadəcə olaraq özünü başqa çempionatda sınamağa qərar verdi. Yoxsa, hansısa yüksəlişə keçdiyini deyə bilmərik. Amma bu, onun qərarıdır və biz buna hörmət etməliyik. Bu, onun üçün yeni bir çağırışdır və ona ən yaxşısını arzulayıram".

Xəbər xətti