“Qalatasaray”ın futbolçusu geri qayıdacaq, Rusiyada qalmaq istəmir

13:22 - 26 Yanvar 2025

Müqavilə ilə “Qalatasaray”a məxsus olan Kazımcan Karataş Rusiyada qalmaq istəmir.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisi mövsümün əvvəlində bir illik icarəyə verildiyi “Orenburq”u tərk etməyi planlaşdırır.

Buna səbəb isə komandasının Rusiya Premyer Liqasında son pillədə qərarlaşmasıdır.

Karataşın “Orenburq”la icarə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, Türkiyədən gələn təklifləri dəyərləndirmək niyyətindədir.

Bu müdafiəçi “Altay”ın yetirməsidir və 2022-ci ildən “Qalatasaray”da çıxış edir.

Xəbər xətti