Bu gün "Neftçi" və "Sabah" klubları arasında Azərbaycan Basketbol Liqasının (ABL) 12-ci turunun mərkəzi görüşü baş tutub.
Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında gərgin mübarizə şəraiti altında keçmiş oyunu "Sabah" 75:65 hesabı ilə qalib tamamlayıb və A qrupundakı liderliyini davam etdirib.
Oyunun ən dəyərli basketbolçusu 19 xal və 4 ribaundla Hassani Qravet ("Sabah") seçilib.
Qeyd edək ki, 12-ci turun açılış oyununda "Abşeron" 86:79 hesabı ilə "Sərhədçi"yə qalib gəlmişdi
saytlarin hazirlanmasi