"Qarabağ" FKSB-ya uduzdu, pley-off şansı qalmadı - YENİLƏNİB

23:43 - 23 Yanvar 2025

"Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda FKSB ilə üz-üzə gəlib.

Qarşılaşma Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” 7 turdan sonra 36 komanda arasında 33-cü, FKSB isə 6-cı pillədədir. 

Avropa Liqası
Liqa mərhələsi, VII tur

23 yanvar

21:45 "Qarabağ" – FKSB 2:3
Qollar:
Leandro Andrade, 1, Yoskim Dava, 41 (avtoqol) - Adrian Şut, 6, 73, David Mikulesku, 45+4
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti