İspaniya millisinin baş məşqçisi ilə bağlı qərar - RƏSMİ

16:59 - 27 Yanvar 2025

İspaniya Kral Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, ispan mütəxxəsislə yola davam ediləcək. Bu barədə federasiyasiyanın mətbuat xidməti məlumat yayıb.

63 yaşlı məşqçi ilə 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Luis de la Fuente 2021-ci ilin iyun ayından İspaniya yığmasını çalışdırır. Komanda onun rəhbərliyi altında Avro-2024-ün və UEFA Millətlər Liqasının qalibi olub.

Xəbər xətti