Türkiyə Super Liqasında baş məşqçi ayrılığı

19:58 - 27 Yanvar 2025

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, uğursuz mövsüm keçirən "Adana Demirspor" Mustafa Dalçı ilə yollarını ayırıb. Bu barədə "TRT Spor" məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir.

Qeyd edək ki, Mustafa Dalçı ötən ilin 29 noyabr tarixində "Adana Demirspor"un baş məşqçisi təyin olunmuşdu. "Mavi şimşəklər" Super Liqada 20 turdan sonra 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti