"Turan Tovuz"un hücumçusu "Kəpəz"də - RƏSMİ

16:51 - 3 Fevral 2025

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Sadiq Şəfiyev ilə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürülüb.

19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə "Kəpəz"in əsas komandasının heyətində çıxış edib. 

Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.

Xəbər xətti