Volkan Demirel istefaya göndərildi

17:55 - 3 Fevral 2025

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Bodrum" Volkan Demirellə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Volkan Demirel 2024-cü ilin noyabr ayında "Bodrum"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 22 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti