İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Bavariya"dan Matis Teli icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı hücumçu mövsümün ikinci yarısını paytaxt klubunun heyətində keçirəcək. "Tottenhem" 60 milyon avro ödəməklə 19 yaşlı forvardı birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Bavariya" Matis Teli 2022-ci ilin yayında "Renn"dən transfer edib. Gənc futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi görüşdə 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi