"Aston Villa "Çelsi"nin müdafiəçisini icarəyə götürdü

13:54 - 4 Fevral 2025

"Çelsi"nin müdafiəçisi Aksel Disasi Premyer Liqada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, London təmsilçisi fransalı futbolçunu "Aston Villa"ya icarəyə verib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı mərkəz müdafiəçisi mövsümün sonuna kimi Birmingem klubunun formasını geyinəcək. "Aston Villa" 26 yaşlı futbolçu üçün qarşı tərəfə 6 milyon avro icarə haqqı ödəyəcək.

Qeyd edək ki, "Çelsi" Aksel Disasini 2023-cü ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol vurub, 2 assist edib.

Xəbər xətti