Emin Əmrullayev: "Neftçi" Azərbaycan futbolunun simasıdır, tarixidir, xalqın komandasıdır"

14:31 - 7 Fevral 2025

"Neftçi" ilə "Palms Sports" şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.

Sportal.az xəbər verir ki, tədbirdə iştirak edən "Neftçi" Müşahidə Şurasının üzvü Emin Əmrullayev bu əməkdaşlığın klubun inkişafı üçün faydası olacağını bildirib:

“Neftçi”nin idman tərəfinə baxırıq, amma klubun dayanlıqlı inkişafı üçün xeyli işlər görülməlidir. Bu bazanın daha da inkişaf etdirilməsi, başlanğıc və indiki durumu sözlərimə sübutdur. "Neftçi"nin əsas məqsədlərindən biri dayanıqlılıq üçün rəngarəng sponsorluqdur. "Palms Sports"u təsmil edən Fuat Dərvişə təşəkkür edirəm ki, “Neftçi” ailəsinə o da qoşulur. Azərbaycan idmanına tövhələrdən biridir. "Neftçi" Azərbaycan futbolunun simasıdır, Azərbyacnan futbolunun tarixidir, böyük şəhərin, xalqın komandasıdır. "Nefçti"nin brend olaraq formalaşması, inkişaf etdirilməsi idarəçilərin qarşısında duran məqsədidir. Ola bilər ki, komandanın bugünkü göstəricisi, güzgüdə görünən məsələlər azarkeşlərin xoşuna gəlmir. Azarkeş olaraq, mən də deyirəm "Neftçi"yə yaraşan bir yer var, o da birinci yerdir. Biz də əlimizdən gələni edirik ki, arzu etdiyimiz nöqtəyə gedək.

İki yol var. Birincisi hansısa uğurun arxasınca qaçmaq, ikincisi dayanıqlı olub, uğurları davamlı etməkdir. Bu da strukturdan, akademiyanın inkişafından, uşaq futbolundan və maliyyə dayanıqlılığın yerində olmasından ibarətdir. Müvəqqəti uğurun arxasınca qaçmaq yox, uzunmüddətli uğur istəyirik. Bu, səbir istəyir. Asan proses deyil. Bu da klubun maliyyə dayanıqlılığından, maliyyə mənbəyinin müxtəlifliliyindən irəli gəlir. Dünyada da belədir. Şadıq ki, “Palms Sports”la uzunmüddətli anlaşmamız olacaq. İnanırıq ki, "Neftçi" brendinin ətrafına digər sponsorları da cəlb edə bilərik. İdman və idarəetmə bir-biri ilə əlaqəlidir. “Palms Sports”un təcrübəsi “Neftçi” və Azərbaycan idmanı üçün müsbət amildir, bundan bəhrələnməliyik. Eyni zamanda problemləri bilmək, həlli istiqamətində yollar axtarmalıyıq. Problemdən qorxmamaq, az emosional, rasional danışmağın tərəfdarıyam. İnanıram ki, “Palms Sports” şirkətinin təcrübəsindən yararlanacağıq. Anlaşmanın ərsəyə gəlməsində əziyyət çəkən insanlara da təşəkkür edirəm".

Xəbər xətti