"Beşiktaş" Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində səfərdə "Sivasspor"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi matça ciddi itkilərlə çıxacaq. "Qara qartallar"In 6 futbolçusu Sivasda komandaya kömək edə bilməyəcək.
Hücumçu Rafa Silva sarı vərəqə limitini doldurub və cəzalı durumdadır. Müdafiəçilər Baxtiyor Zaynitdinov, Emrecan Terzi, Tayyip Talha Sanuç, Qabriel Paulista və Necip Uysal isə zədəlidir.
Qeyd edək ki, "Sivasspor" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi