"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
London klubu Barriosu yayda heyətinə qatmağı planlaşdırır. "Çelsi" 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün La Liqa nəhənginə 70 milyon avroluq rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Atletiko" Pablo Barriosu 2017-ci ilin yayında "Real"In akademiyasından transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilij iyun ayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi