Millimizin üzvü oynadı, komandası mövsümə qələbə ilə başladı

17:03 - 15 Fevral 2025

Futbol üzrə Cənubi Koreya çempionatında yeni mövsümə start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Pohanq Stilers"lə üz-üzə gəlib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb. O, fasilədə əvəzlənib.

Xəbər xətti