"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" ispan futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Cadena SER" məlumat yayıb.
London klubu Kasadonun nümayəndələri ilə əlaqə saxlayıb. "Çelsi" 21 yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi