"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado İngiltərənin böyük klublarının diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Barselona" oyunçusunu satmağın əleyhinə deyil. La Liqa klubu 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün 80 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi