İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, öz meydanında "Komo" ilə qarşılaşan "Milan" rəqibi ilə qarşılaşmada fasiləyə məğlub yollanıb. İkinci hissədə Pulişiç və Reyndersin qolları "Milan"a vacib 3 xal qazandırıb.
Qeyd edək ki, bu qələbədən sonra "rossonerlər" 47 xalla 7-ci, "Komo" isə 29 xalla 13-cü pillədə qərarlaşıb.
İtaliya A Seriyası
29-cu tur
21:00. "Milan" - "Komo" - 2:1
Qollar: Pulişiç,53, T.Reynders,75, - L.Da Kunha,33
saytlarin hazirlanmasi