Finlandiyada Liqa Kubokunun yarımfinal oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının cinah futbolçusu Ozancan Kökçünün formasını geyindiyi “Helsinki” “KuPS”la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü ikinci hissədə meydana çıxıb və komandasının qalibiyyətində önəmli rol oynayıb.
Bu qələbə sayəsində “Helsinki” finala vəsiqə qazanıb. Həlledici görüş martın 29-da “İnter Turku”ya qarşı olacaq.
saytlarin hazirlanmasi