"Şamaxı" Ayxan Abbasovla razılıq əldə etdi

10:49 - 16 Mart 2025

"Şamaxı" U-21 yığmasına baş məşqçi təyin edilmiş Ayxan Abbasovla razılıq əldə edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə imzalanıb.

Onun yeni müqaviləsinin müddəti növbəti mövsümün sonuna qədərdir.

Xatırladaq ki, 44 yaşlı mütəxəssis cari mövsümün əvvəlində əsas komandamıza baş məşqçi təyin edilmişdi.

Xəbər xətti