İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, La Liqa nəhənginin yarımmüdafiəçisi Mark Kasado sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan futbolçu La Liqanın 28-ci turunun "Atletiko" ilə matçından dizindən zədə alıb. 21 yaşlı dayaq yarımmüdafiəçisi ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi