"Ayın qolu" layihəsinin qalibləri bəlli oldu

15:58 - 18 Mart 2025

“Ayın qolu” layihəsində fevral ayının qalibləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasında Patrik Andrade, I Liqada Ramil Orucov və II Liqada Eşqin Tağıyev qalib olub.

II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.


Xəbər xətti