"Yuventus"un futbolçusu Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" türk vingeri transfer etmək istəyir. Bu barədə "TeamTalk" məlumat yayıb.
"Qırmızı şeytanlar" artıq həm futbolçunun meneceri Jorje Mendeşlə, həm də onun klubu ilə danışıqlara başlayıb. "Yuventus" Kənan üçün 80 milyon avro tələb edir. "Mançester Yunayted" bu məbləği ödəməyə hazırdır.
İngiltərədən "Aston Villa" da 19 yaşlı ön xətt oyunçusu ilə maraqlanır.
Qeyd edək ki, "Yuventus" Kənan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. Türkiyə millisinin üzvü olan gənc futbolçu bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi