Futbol üzrə Azərbaycan 2-ci Liqasında 17-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, doğma meydanda "Dinamo"nu qəbul edən "Kür-Araz" 1:3 hesablı məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, "Dinamo" 28 xalla 6-cı, "Kür-Araz" isə 25 xalla 8-ci pillədə qərarlaşıb.
"Kür-Araz" - "Dinamo" 1:3
Qollar: E.Məmmədov, 58 - Ş.Əliyev, 9, Ə.İsayev, 36, Z.Məmmədli, 67
Qırmızı vərəqə: M.Vəlizadə, 41 ("Kür-Araz")