"Sabah" Basketbol Klubu və "Azərlotereya"dan əyləncəli “Beşdə5” müsabiqəsi

15:15 - 20 Mart 2025

Azərbaycan Basketbol Liqasında həyəcan daha da artır. "Sabah" Basketbol Klubu ilə birlikdə "Azərlotereya" basketbol azarkeşləri üçün “Beşdə5” müsabiqəsini təqdim edir. 

Bu əyləncəli yarışmada iştirak edərək 5555 manat qazanmaq şansı əldə edə bilərsiniz. Bunun üçün sadəcə "Sabah" komandasının ev oyunlarına gəlmək və müsabiqəyə qatılmaq kifayətdir.

Müsabiqənin şərtləri olduqca sadədir. Oyundan öncə azarkeşlərə nömrələr paylanacaq və böyük fasilə zamanı təsadüfi seçim əsasında üç nəfər müəyyən ediləcək. Seçilmiş iştirakçılar beş fərqli nöqtədən beş atış etmə şansı qazanacaq. Əgər iştirakçıların biri beş atışın hamısını dəqiq yerinə yetirsə, “Azərlotereya”dan 5555 AZN mükafat əldə edəcək.

Müsabiqə ilin sonunadək “Sabah” komandasının ev oyunları boyunca davam edəcək.

Xəbər xətti