Fransa milli komandasının sabiq müdafiəçisi Patris Evra qalmaqallı açıqlama verib.
Sportal.az xəbər verir ki, veteran futbolçu Argentina seçməsinin 2022-ci ildə qazandığı dünya çempionluğu barədə danışıb:
"2022-ci ildə dünya kubokunun Messiyə veriləcəyini bilirdik. Hər şey əvvəlcədən yazılmışdı. Fransızlar belə Messinin qazanmasını istəyirdi".
Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransa ilə üz-üzə gəlib. 3:3 hesablı bərabərliklə başa çatan matçın penaltilər seriyasında üstün olan Cənubi Amerika təmsilçisi çempion olub.
saytlarin hazirlanmasi