Modriç: "Xəyalım karyeramı "Real"da başa vurmaqdır"

18:44 - 22 Mart 2025

Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan Luka Modriç gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi karyerasını "kral klubu"da başa vurmaq istədiyini bildirib:

"Real"la yeni müqavilə imzalamaq? Bu məsələdə tələsmirəm. Mövsümün bitməsinə hələ çox qalıb, qarşıda vacib oyunlarımız var. Mövsümün sonunda görəcəyik. Xəyalım karyeramı "Real"da başa vurmaqdır".

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında"Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti