AFFA-nın keçmiş baş katibi vəfat edib

22:46 - 23 Mart 2025

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Sportal.az xəbər verir ki, 89 yaşında dünyasını dəyişən mərhum sabah dəfn olunacaq.

Qeyd edək ki, Ç. İsmayılov 1935-ci ildə Bakıda doğulub. O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, futbolçu Bakının və Gəncənin “Dinamo”, habelə “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb.

O, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbər xətti